Xaçmazda məktəblinin boğazına yelləncəyin ipi dolaşaraq azyaşlını boğub. Bu haqda ShimalNews 15 aprel tarixində Report-a istinadən məlumat verir.

Hadisə Niyazoba kəndində baş verib. 12 yaşlı Fərid Cəbrayılov yaşadığı ərazidə yelləncəkdə oynayarkən, ehtiyatsızlıqdan yelləncəyin ipi onun boğazına dolaşıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.