Quba şəhərində “Şahinlər” hərbi-idman oyunları keçirilib. Bu barədə ShimalNews-a 15 aprel tarixində məlumat daxil olub.

Məktəb kollektivlərin iştirakı ilə keçirilən tədbir Quba Peşə Liseyində baş tutub. Əvvəlcə komandalar marşla tribuna önündən keçiblər. Daha sonra sıra hazırlığı, mülki müdafiə, sanitarların yarışı, fiziki hazırlıq və digər mərhələlərdə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılmasıdır.

Tədbir rayon Təhsil şöbəsinin, Gənclər idarəsinin və FHN əməkdaşlarının təşkilatçılığı ilə həyata keçirilib.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News