Qusar şəhərində qəzalı dirək ətrafa zərər verə bilər. Bu haqda ShimalNews-a 14 aprel tarixində məlumat daxil olub.

Ş.Piroğlanov küçəsində elektrik xətlərinin dirəyi rabitə dirəyinə söykənib. Sakinlər bildirib ki, bu hal uzun müddətdir davam edir. O aşsa, qaz xətti, rabitə naqilləri və buradan keçən şəxslərə təhlükə yarada bilər.

Daha öncə, Zərifə Əliyeva küçəsində işıq dirəklərində profilaktik işlərin aparılması haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News