Qubanın Alekseyevka kəndində artezian quyusu 16 gündən artıq müddətdir çalışmır. Bu haqda ShimalNews-a 14 aprel tarixində məlumat daxil olub.
120-yə yaxın ailənin su mənbəyinin təmirə durması sakinləri narahat edir. Onların fikrincə, quyunun bu vəziyyətdə olması aylarla uzana bilər. Halbuki artıq ilk addımlar atılıb və nasos ustaya təhvil verilib.
Daha öncə, bu mövzu gündəmə gətirilmişdir. Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən cavab verilmişdir: “Artezian quyusunun nasosunun təmirinə başlanmışdır. Qısa müddət ərzində suyun verilişi bərpa ediləcəkdir”.
