Qubada Futbolun İnkişafı Fondunun (FİF) nümayəndəliyi yaradıla bilər. Bu haqda ShimalNews 14 aprel tarixində Report-a istinadən məlumat verir.
“Növbəti il Quba və digər regionlarda nümayəndəlik yarada bilərik”, – FİF-in icraçı direktoru Tural Piriyev bildirib.
Piriyevin sözlərinə görə, Şimal Zonasında, mərkəzdə və Naxçıvanda da nümayəndəliyin olması arzu olunur. Hazırda isə mövcud 5 regionda (Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala) ciddi işlər görüləcək.