Bu gündən başlayaraq Mədəniyyət Naziri Qubada səfərdədir. Bu haqda ShimalNews 14 aprel tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Mədəniyyət Nazirliyinin iş effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planı icra olunur. Nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər.
Sonra nazir Heydər Əliyev Mərkəzində, Mədəniyyət Mərkəzində, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında olub. Burada qurulan şərait, dərnək və fəaliyyətlərlə tanışlıq baş tutub.