Respublika fənn müsabiqələrinin rayon turunun nəticələri açıqlanıb. Bu haqda ShimalNews 13 aprel tarixində Qusar Rayon Təhsil Şöbəsinə istinadən məlumat verir.

Qusar rayonu üzrə 24 nəfər şagird müsabiqənin növbəti turunda iştirak hüququnu qazanıb. Onların arasında ən yüksək nəticə şəhər 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi İbrahim Sultanova məxsusdur. O, 73% toplayıb.

Daha öncə, Qusar şəhər E.Güləliyev adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi olimpiadada ən yüksək nəticə göstərmişdir.