Qusarda “Anti-Bullinq” adlı təlim keçiriləcək. Bu haqda ShimalNews 13 aprel tarixində “qusar.gencleri” Instagram səhifəsinə istinadən məlumat verir.

Seminar GİKM (Gənclər İnkişaf və Karyera Mərkəzi) Qusar nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə məzun təcrübəçisi, Education HUB “İnkişaf Zamanı” proqramının Bullinq üzrə layihə rəhbəri Azər Rəfiyevin təqdimatında baş tutacaq. Təlim zamanı gənclərə “Bullinq nədir?”, “Bullinqin növləri”, “Bullinqin fəsadları” haqqında məlumat veriləcək. Görüş aprelin 17-si saat 11:30-da Heydər Əliyev Mərkəzinin 2-ci mərtəbəsində keçiriləcək.

İştirak üçün gənclər aprelin 16-na kimi link vasitəsilə qeydiyyatdan keçə bilərlər.