Xaçmaz gəncləri Quba Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. Bu haqda ShimalNews 13 aprel tarixində Xaçmaz rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Ekskursiyada sözügedən idarənin, Heydər Əliyev Mərkəzinin və GİKM-in Xaçmaz nümayəndəliyinin əməkdaşları, eləcə də rayonun fəal gəncləri iştirak ediblər. Muzey bələdçisi iştirakçılara muzeyin fəaliyyəti haqqında geniş məlumat verərək zəngin tariximizi əks etdirən eksponatların əhəmiyyətini haqqıda danışıb.

Ekspozisiyada Quba xalçaları, XVIII – XIX əsrlərə aid milli geyim nümunələri, xalqın tarixi, mədəniyyəti, incəsənəti, tətbiqi sənəti, məişəti, tarixini əks etdirən eksponatlar nümayiş olunur.

Sonda iştirakçılar ilə xatirə şəkili çəkdirilib.