Xudat bazarında yaz cücələrinin satışı başlayıb. Bu haqda ShimalNews 11 aprel tarixində məlumat verir.

“Yaz cücələri daha yaxşı sayılır. Çünki günün altında böyüyürlər, otla bəslənirlər, isti havada yaxşı inkişaf edirlər. Payız cücələri isə zəif olur, tez xəstələnirlər. Onlara baxmaq çətin olur”, – deyə fermerlərdən biri bildirib.Qiymətlərdə təxminən 10-15 qəpik artım qeydə alınıb. Bu günə olan siyahını aşağıda təqdim edirik.

Cücələr:

1 həftəlik – 0.65 manat;

10 günlük – 1 manat;

17 günlük – 1.5 manat;

24 günlük – 1.7 manat.