“Şirvanlı” gömrük postunda qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə dərman vasitələrinin gətirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda ShimalNews 9 aprel tarixində Dövlət Gömrük Komitəsinin səhifəsinə istinadən məlumat verir.

Rusiya Federasiyasından ölkəmizə gələn “Volvo” markalı nəqliyyat vasitəsi yoxlanışdan keçirilib. Bu zaman gizli saxlanc yerlərində müxtəlif markalı dərman vasitələri – 9600 ədəd həb və 1020 ampul aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Foto Dövlət Gömrük Komitəsi səhifəsindən
Foto Dövlət Gömrük Komitəsi