Qubanın Vladimirovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 9 aprel tarixində məlumat daxil olub.
Əldə olunan məlumata əsasən, Quba-SDK yolunda aprelin 8-i avtomobil qəzası baş verib. “VAZ 2112” markalı avtomobil hərəkətdə olaraq sola dönmə manevrini yerinə yetirib. Bu an ona eyni istiqamətdə hərəkət edən digər “VAZ 2112” markalı nəqliyyat vasitəsi çırpılıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Sola dönmək istəyən avtomobilin sürücüsü xəstəxanaya çatdırılıb.