Qubada rabitə dirəklərinin yenilənməsi davam edir. Bu haqda ShimalNews-a 9 aprel tarixində məlumat daxil olub.
Ziya Bünyadov küçəsində yeni dirəklər quraşdırılıb. Ərazidə “Aztelekom” MMC-nin əməkdaşları kabelləşdirmə apararaq son tamamlama işlərini icra edirlər.
Daha öncə, Əfqan Qaçıyev küçəsində rabitə dirəklərinin yeniləndiyi haqda məlumat vermişdik.
