Xaçmazda işləyən cərrah-həkimin avtomobili körpüdən aşıb. Bu barədə ShimalNews 8 aprel tarixində Report-a istinadən məlumat verir.

Hadisə Şabran rayonunda qeydə alınıb. 53 yaşlı Əhməd Əhmədovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil yoldan çıxaraq körpüdən aşıb. Nəticədə sürücü və sərnişin olan həyat yoldaşı, 44 yaşlı Ruhangiz Əhmədova müxtəlif xəsarətlər alıblar.

İlk olaraq yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ağır olduğuna görə Ə.Əhmədov Qusardakı tibb müəssisəsinə, R.Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.