Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sahibkarlarla görüşüb. Bu barədə ShimalNews 8 aprel tarixində qurumun Facebook səhifəsinə istinadən məlumat verir.
Görüşdə sahibkarlarla yanaşı yerli hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif dövlət təşkilatlarının rəsmiləri, icra nümayəndələri və bələdiyyələr iştirak ediblər. Rzayev son illər rayonda həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb.