Qubanın Rustov kəndində təcavüz hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib. Bu barədə ShimalNews 8 aprel tarixində Demokrat.az-a istinadən məlumat verir.

38 yaşlı Emin Mirzəliyev qayınanasına zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuşdur. Məhkəmənin qərarı ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu hadisə 3 iyul 2019-cu ildə baş vermişdir.

Bu qərardan narazı qalan prokuror kassasiya protesti verib. O, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini istəmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda işin halları araşdırılıb və qərar elan edilib. Hökm prokurorun protestinə əsasən dəyişdirilib. Mirzəliyev 4 il müddətinə azadlıqdan məhrum olunub.