Vladimirovka kəndində abadlıq işləri aparılır. Bu barədə ShimalNews-a 7 aprel tarixində məlumat daxil olub.

Bu gündən başlayaraq yollar və ətraf ərazilər təmizlənir, hamarlanır, hasar və ağaclar əhənglənir. Ərazidə texnika və canlı güvvə çalışır. İşlər bələdiyyə tərəfindən aparılır.

Daha öncə, Vladimirovka kəndində “Şəhidlər parkı”nın inşası haqqında məlumat vermişdik.