Xaçmaz şəhərinin Fəhlə küçəsinin yolu (dəmir yolunun altı) şəraitsizdir. Bu barədə ShimalNews-a 6 aprel tarixində məlumat daxil olub.
Şəhər ilə Hacıqurbanoba, Xaspoladoba, Gəncəli və Bəbəli kəndlərini birləşdirən bu yolda avtomobillər 20-30 km/s sürətindən artıq hərəkət etmir.
Sakinlərin sözlərinə görə, yolun yaxşılaşdırılması üçün buraya çay daşı tökülüb. Lakin onun ölçüsü böyük olduğundan, hərəkət daha da çətinləşib.
Həmçinin şagirdlər bu küçə ilə məktəbə gedirlər. Hava quraqlıq keçəndə, toz torpaq havaya qalxır. Yağış yağarkən isə piyadaların üzərinə çalalardan su sıçrayır.