Qusarda yeniyetmə oğlan və qızlar arasında badminton idman növü üzrə  Azərbaycan birinciliyi keçirilib. Bu barədə ShimalNews 6 aprel tarixində Qusar Rayon Təhsil Şöbəsinə istinadən məlumat verir.

Çiləgir kənd tam orta məktəbinin şagirdləri – Quliyeva Həbibə I yer, Məmmədova Əsma III yer, 6 saylı tam orta məktəbin şagirdi Şeydabəyova Emiliya isə III yerə layiq görülüblər. Onlar diplom və medallarla təltif olunublar.

Yarış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.