Qubalı idmançı 31 Mart Soyqırımına həsr olunmuş cüdo yarışında 1-ci yeri tutub. Bu barədə məlumat Facebook sosial şəbəkəsində paylaşılıb.

34 kq çəki dərəcəsində çıxış edən Nicat Dadaşov cüdo güləşi üzrə yeniyetmələr arasında Ken Yu Kai idman klubunun açıq birinciliyində 1-ci yerə layiq görülüb. Nicat medal və diplom ilə təltif edilib.