Quba Peşə Liseyinin tələbələri rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu barədə ShimalNews 5 aprel tarixində Mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

Ekskursiyaçılara Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti, zəngin siyasi irsi haqqında ətraflı məlumat verilib. Sonda iştirakçılar mərkəzdə təşkil olunmuş Şuşa sərgisi ilə tanış olublar.