Qusarda pley-off mərhələsinin növbəti oyunu keçirilib. Bu barədə ShimalNews 4 aprel tarixində Region Liqasına istinadən məlumat verir.
“Şirvanovka” futbol komandası “Xan Lənkəran” ilə cavab oyununu keçirib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, ilk oyunda “Şirvanovka” 0:3 hesabı ilə məğlub olmuşdur. Beləliklə, iki oyunun nəticəsinə görə 1:4 hesablı üstünlüyə malik “Xan Lənkəran” növbəti mərhələyə adlayıb.