Quba-Xudat yolunda avtomobillərin hərəkəti asanlaşıb. Bu barədə ShimalNews 4 aprel tarixində məlumat verir.

Yolun Vladimirovka və Ağbil kəndlərindən keçən hissəsində təmir işləri aparılıb. Burada olan çala-çuxurların çoxluğu avtomobillərin hərəkətinə maneə törədirdi. Onlar asfaltla doldurulub və hamarlama işləri aparılıb.

Daha öncə, adıçəkilən ərazidə sürücülərin çətinlik çəkdiyi barədə məlumat vermişdik. “Heç olmasa yamaq vurulsa idi, avtomobillərin hərəkəti mümkün olardı”, – deyə o zaman sürücülərdən biri söyləmişdir.