“Samur” gömrük postunda müxtəlif məhsulların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda ShimalNews 2 aprel tarixində Dövlət Gömrük Komitəsinin səhifəsinə istinadən məlumat verir.

Postun idxal gömrük nəzarət xəttində 3 ədəd “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Həmin avtomobillərin Azərbaycan Respublikası vətəndaşları olan sürücülərinə şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücülər bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Yoxlama zamanı “DAF” markalı avtomobillərin gizli saxlanc yerlərində 2 ədəd qutusu və aksesuarları ilə birlikdə “iPhone 13 Pro Sierra Blue 128 GB” markalı mobil telefon, həmçinin müxtəlif adlarda olan texniki məhsullar, video- və fotoçəkiliş avadanlıqları -106 ədəd batareya, 50 ədəd plastmas altlıq, 24 ədəd tutacaq, 11 ədəd pər, 6 ədəd USB-kabel, 5 ədəd qidalandırıcı başlıq, 3 ədəd dron, 2 ədəd dron idarə edən pult, 2 ədəd fotoaparat üçün ayaqlıq, video çəkilişləri üçün nəzərdə tutulan 2 ədəd işıqlandırcı, 1 ədəd səs tənzimləyici aparat, eləcə də 5 ədəd spirtli içki, 2000 ədəd müxtəlif markalı siqaret, 400 ədəd boş papiros aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Foto customs.gov.az
Foto customs.gov.az