Quba rayonunda kartof əkininə başlanılıb. Bu barədə ShimalNews 1 aprel tarixində məlumat verir.
“Adətən biz Novruz bayramından qabaq əkinə başlayırıq, məhsuldarlıq onda yaxşı olur. Bu il hava qarlı və soyuq olduğuna görə işimiz ləngiyib. Torpağı qış ayında belləmişik ki, daha münbit olsun”, – deyə fermerlərdən biri danışıb.
Təsərrüfatçılar bildirib ki, yaxşı tum tapmaq asan deyil. Məsələn “qırmızı” və “sarı” tumlar var. Kimsə ötən ilin məhsulundan tumluq saxlayır, kimsə də 1 kiloqram toxumu 0.6-1 manata alır. Onların ən dəyərli növləri isə suvarmaya ehtiyacı olmayanlar sayılır.