Xaçmaz şəhərində qeyri-adi avtomobil yoldan keçənlərin marağına səbəb olub. Bu barədə ShimalNews-a 30 mart tarixində məlumat daxil olub.

Rəşid Behbudov küçəsindəki avtomobil servisinin önündə parovoz formasında avtomobil var. Sakinlər onu gördükdə ayaq saxlayıb maraqla baxırlar və şəkil çəkdirirlər.

Burada çalışan ustanın sözlərinə görə, “parovoz” Bakıdan gətirilib. Hal-hazırda o, servis olunur və sonra Çənlibel parkına aparılacaq.

Photo Shimal.News
Photo Shimal.News