Xaçmaz gəncləri “Tariximiz” layihəsi çərçivəsində Quba rayon Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. Bu haqda ShimalNews 30 mart tarixində “xachmaz.gencleri” Instagram səhifəsinə istinadən məlumat verir.
Layihə çərçivəsində gənclər eksponatlarla tanış olublar. Bələdçi Aynur Sadıqova tərəfindən iştirakçılara muzeyin fəaliyyəti haqqında geniş məlumat verilib və sərgilənən eksponatların tarixi əhəmiyyəti çatdırılıb.
Ekskursiya Xaçmaz Rayon Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Xaçmaz nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.