Xaçmazda “Gender Əsaslı Zorakılığın aradan qaldırılmasına dəstək” komponenti üzrə “Açıq qapı” günü keçiriləcək. Bu barədə ShimalNews 28 mart tarixində Xaçmaz Rayonu Qadın Resurs Mərkəzinə istinadən məlumat verir.

Xaçmaz rayon Qadın Resurs Mərkəzində icra olunan “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində martın 30-u tədbir təşkil olunacaq. Tədbirin məqsədi psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə ehtiyacı olan ailələrə problemlərin həll olunmasında, maarifləndirilməsində onlara ödənişsiz peşəkar dəstəyin göstərilməsidir.

Müraciət etmək istəyənlər 051-205-99-63 və 051-594-71-46 (mərkəzin koordinatoru Firəvan Amrahova) mobil nömrəsi ilə əlaqə saxlaya bilər.

Ünvan: Xaçmaz rayon, H.Əliyev Mərkəzi II mərtəbə.