Qusarın “Şirvanovka” futbol komandası Lənkəranda əlverişli nəticə qazana bilməyib. Bu barədə ShimalNews 28 mart tarixində Region Liqasına istinadən məlumat verir.
Martın 27-si Xəzər Lənkəran Mərkəzi Stadionunda “Şirvanovka” və “Xan Lənkəran” komandaları qarşılaşıb. Pley-off mərhələsinin ilk oyunu 0:3 hesabı ilə başa çatıb.
Daha öncə, “Şirvanovka”nın 4:1 hesabı ilə paytaxtın İCBFA komandasını məğlub etməsi haqqında məlumat vermişdik.