Qusar rayonunda yerləşən gömrük postu 24 saatlıq iş rejiminə keçib. Bu barədə ShimalNews-a 28 mart tarixində məlumat daxil olub.
Bu gündən başlayaraq “Şirvanlı” sərhəd-keçid məntəqəsi fasiləsiz fəaliyyət göstərəcək. Əvvəllər iş qrafiki 9:00-dan 18:00-dək təyin edilmişdir.
Həmçinin, əvvəllər sərhədi yalnız piyadalar keçirdi. Noyabrın 8-dən başlayaraq boş yük maşınlarının buradan keçməsi mümkün olub.