Qusarda “Gender Əsaslı Zorakılığın aradan qaldırılmasına dəstək” komponenti üzrə “Açıq qapı” günü keçiriləcək. Bu barədə ShimalNews 28 mart tarixində Qusar Rayonu Qadın Resurs Mərkəzinə istinadən məlumat verir.
Qusar rayon Qadın Resurs Mərkəzində icra olunan “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində martın 30-u tədbir təşkil olunacaq. Tədbirin məqsədi psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə ehtiyacı olan ailələrə problemlərin həll olunmasında, maarifləndirilməsində onlara ödənişsiz peşəkar dəstəyin göstərilməsidir.
Müraciət etmək istəyənlər 051-205-99-58 (mərkəzin koordinatoru K.Nəcəfova) mobil nömrəsi ilə əlaqə saxlaya bilər.
Ünvan: Qusar rayon, H.Əliyev Mərkəzi II mərtəbə.