Xaçmazda pişiyin iki arxa ayağı naməlum şəxs tərəfindən kəsilib. Bu barədə ShimalNews 26 mart tarixində məlumat verir.

Hadisə 2 gün əvvəl baş verib. Bu haqda “Biz də yaşamaq istəyirik” adlı heyvan sığınacağının rəhbəri Nailə Rüstəmli məlumat verib.

O, heyvanın yaralı olması barədə sakinlər tərəfindən məlumat aldığını bildirib. Sığınacağa gətirilən heyvana tibbi yardım göstərilib. Hazırda pişiyin vəziyyəti ağırdır. 5 gündən sonra Bakıda əməliyyat olunacaq. Rüstəmli  əlavə edib ki, əməliyyat üçün vəsait hələ də toplanır.

Sığınacağın rəhbəri hadisə ilə bağlı Xaçmaz rayon polis şöbəsinə müraciət edəcəyini söyləyib.

Qeyd edək ki, hazırda adıçəkilən sığınacaqda 120-dən çox heyvan saxlanılır.