Xaçmazlı idmançı uşaqlar və yeniyetmələr arasında keçirilən kikboksinq üzrə açıq birinciliyin qalibi olub. Bu barədə ShimalNews-a 24 mart tarixində məlumat daxil olub.

Novruz bayramına həsr olunmuş turnir Bakı şəhərində keçirilib. 2006-2007 təvəllüdlü uşaqlar və yeniyetmələr arasında keçirilən “Fərhad” idman klubunun kikboksinq üzrə açıq birinciliyində Ruslan Hacıxanov 1-ci yerə layiq görülüb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.