Xaçmazda klublararası qol güləşi turniri keçirilib. Bu barədə ShimalNews 24 mart tarixində məlumat verir.

“Novruz turniri” Master İdman klubunda baş tutub. Yarışa Quba, Qusar, Xaçmaz və Şabrandan olan idmançılar qatılıblar. Uşaqlar və yeniyetmələr arasında keçirilən turnirdə idmançılar birincilik uğrunda mübarizə aparıblar.

Yarışın qalibləri diplom və medallarla mükafatlandırılıb.