“Qusar” FK-nın Region liqasının pley-off mərhələsində çıxacağı ilk matçın meydançası bəlli olub. Bu barədə ShimalNews 24 mart tarixində Region Liqasına istinadən məlumat verir.
Qrup mərhələsindən pley-off mərhələsinə adlayan komandamız Ağstafa təmsilçisi ilə qarşılaşacaq. Oyun 27 mart saat 15:00-da Siyəzən şəhər stadionunda baş tutacaq.
Verilən məlumata əsasən, qarşılaşmanın cavab matçı 1 həftə sonra keçiriləcək.