Qubada yol nişanı sürücülər arasında çaşqınlıq salır. Bu barədə ShimalNews-a 23 mart tarixində məlumat daxil olub.
Ərdəbil və S.Vurğun küçələrinin kəsişməsində “STOP” işarəsi yararsız hala düşüb. Onun rəngi solub. Həmçinin nizamlayıcının quraşdırıldığı dirək rabitə və elektrik xətləri üçün istifadə olunur.
Daha öncə, Heydər Əliyev prospektində yol nişanının dəyişdirildiyi haqqında məlumat vermişdik.