Qubanın Heydər Əliyev prospektində elektrik naqilləri ayaq altında qalıb. Bu barədə ShimalNews 23 mart tarixində məlumat verir.

Səkilərdə quraşdırılan işıqlandırma dirəklərinin kabelləri açıq şəkildə qalıb. Piyadalar hərəkət etdikdə, onları istər-istəməz tapdalayırlar.

“Bu dirəklər piyadalar üçün onsuzda maneə törədir. Üstəlik bu naqillər bu halda qalıb. Əslində onlar səliqəli şəkildə qutuya yığılaraq quraşdırılmalıdır. Hər an bədbəxt hadisə baş verə bilər. Xüsusilə gecə vaxtı”, – deyə sakinlərdən biri söyləyib.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News