Xaçmaz rayonunda at su kanalına düşüb. Bu barədə ShimalNews 16 mart tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

“112” qaynar telefon xəttinə hadisə ilə bağlı müraciət daxil olub. FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri Arzu qəsəbəsində çağırış ünvanına cəlb olunub.

Xilasedicilər tərəfindən heyvan kanaldan çıxarılıb və sahibinə təhvil verilib.