Qusarda U-15 yeniyetmələr arasında cüdo üzrə bölgə birinciliyi keçirilir. Bu haqda ShimalNews 16 mart tarixində Azərbaycan Cüdo Federasiyasının Facebook səhifəsinə istinadən məlumat verir.
Yarışda şimal-şərq regionunu təmsil edən ümumilikdə 7 komandadan 153 idmançı iştirak edir. Turnirin açılışında Federasiyanın Prezidentinin müşaviri Natiq Bağırov çıxış edərək idmançılara uğurlar arzulayıb.
Birincilikdə qızlar arasında 3, oğlanlar arasında isə 10 çəki dərəcələrində medalçılar müəyyənləşəcək.