Quba-Xudat yolunun bir hissəsi yararsız hala düşüb. Bu barədə ShimalNews 16 mart tarixində məlumat verir.

Sakinlərin sözlərinə görə, yolun Vladimirovka və Ağbil kəndlərindən keçən hissəsi çala-çuxurludur. Burada avtomobillərin normal hərəkət etməsi mümkün deyil. Bu hal ilə bağlı müvafiq qurumlara müraciətlər olunub.

“Heç olmasa yamaq vurulsa idi avtomobillərin hərəkəti mümkün olardı”, – sürücülərdən biri deyib.

Photo Shimal.News
Photo Shimal.News