Şimal bölgəsinin gömrük idarələri Novruz bayramında 3 gün fəaliyyət göstərəcək. Bu haqda ShimalNews 15 mart tarixində Dövlət Gömrük Komitənin səhifəsinə istinadən məlumat verir.
Bayram ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə idarələr 23, 24, 25 mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.