Qubalı idmançılar yeniyetmə və gənclər arasında keçirilən kikboksinq üzrə açıq turnirdə iştirak ediblər. Bu barədə ShimalNews 15 mart tarixində Quba Gənclər İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Vətən Müharibəsi şəhidi mayor Asiman Əliyevin xatirəsinə həsr olunmuş yarış “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub. Turnirdə Quba rayonunu 57 idmançı təmsil edib.
Yarışda 4 idmançı 1-ci yeri, 10 idmançı 2-ci yeri, 8 idmançı isə 3-cü yeri tutublar.