Xaçmaz idmançıları qol güləşi idman növü üzrə Azərbaycan birinciliyində iştirak ediblər. Bu haqda ShimalNews 14 mart tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Turnir Bakı şəhərində baş tutub. Yarışda ölkənin 20-dən artıq bölgəsini təmsil edən 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Xaçmaz rayonunu turnirdə 14 idmançı təmsil edib.

İdmançılar 7 qızıl, 3 gümüş və 3 bürünc medal əldə edərək yüksək nailiyyətə imza atıblar. Bunlar:

  • Quliyev Nurlan – sağ qolla 1-ci yer, sol qolla 1-ci yerə,
  • Mahmudov Əhməd – sağ qolla 1-ci yer, sol qolla 1-ci yerə,
  • Səfərov Cəlal – sağ qolla 1-ci yer, sol qolla 1-ci yerə,
  • İsayev Orxan – sağ qolla 1-ci yer, sol qolla 2-ci yerə,
  • Quliyev Tərlan – sağ qolla 2-ci yer, sol qolla 3-cü yerə,
  • Mahmudov Murad – sağ qolla 3-cü yer, sol qolla – 2-ci yerə,
  • İsayev Araz – sağ qolla 3-cü yerə layiq görülüblər.