Xaçmazlı iştirakçılar “Yüksəliş” müsabiqəsinin tanışlıq vebinarında iştirak edə bilərlər. Bu barədə ShimalNews 10 mart tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Vebinar (Zoom platforması üzərində) martın 11-i saat 19:30-da baş tutacaq. Təlim İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və ilk “Yüksəliş” müsabiqəsi qaliblərinin iştirakı ilə keçiriləcək. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılacaq, eləcə də qaliblər yeni iştirakçılara öz tövsiyələrini verəcək.

Təlimdə iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat link vasitəsilə mümkündür.

Daha öncə, adıçəkilən müsabiqənin səyyar briqadasının Xaçmaza səfər etdiyi haqda məlumat vermişdik.