Quba Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin (FRİTL) şagirdləri olimpiadanın final mərhələsinə iştirak hüququ qazanıblar. Bu barədə ShimalNews 10 mart tarixində təhsil müəssisənin Facebook səhifəsinə istinadən məlumat verir.

Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal turunun nəticələrinə əsasən aşağıda qeyd olunan 7 şagird finala qatılacaq:

  • Muradov Cəlal Murad oğlu – Coğrafiya fənni – 9-cu sinif
  •  İsmayılov Murad Rəşad- Fizika fənni – 9-cu sinif
  • Orucəliyev Kənan Müsənnif oğlu – Biologiya fənni – 10-cu sinif
  • Hacıyev Hacıağa Elnur oğlu – Fizika fənni – 11-ci sinif
  • Ağabəyov Rövşən Cəbrayıl oğlu – Fizika fənni – 10-cu sinif
  • Murad Tarıverdiyev Ədalət oğlu- İnformatika fənni 10-cu sinif
  • Fərid Tarıverdiyev Ədalət oğlu- İnformatika fənni 9-cu sinif

Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.