Qubanın H.Əliyev prospektində işıqfor sürücülər arasında çaşqınlıq yaradır. Bu barədə ShimalNews 8 mart tarixində məlumat verir.
“Qafqaz oil” yanacaqdoldurma məntəqəsinin yanında işıqforun vaxt göstərən rəqəm seksiyası səhv çalışır. Sürücülər bildirib ki, bu artıq uzun müddətdir ki, davam edir.
Daha öncə, “Qafqaz oil” yanacaqdoldurma məntəqəsinin yanında baş vermiş qəza haqqında məlumat vermişdik.