Qubanın Ə.Vahid küçəsində rabitə xətləri yenilənir. Bu barədə ShimalNews-a 8 mart tarixində məlumat daxil olub.
“Aztelekom” MMC tərəfindən yeni dirəklər quraşdırılaraq kabelləşmə işləri icra olunur. İşçilər bildirib ki, növbədə H.Şıxməmmədov küçəsidir.
Daha öncə, Vəlvələ kəndində hörümçək torunu xatırladan rabitə xətləri haqqında məlumat vermişdik.