Xaçmazda 8 mart Beynəlxalq qadınlar günü münasibətilə şəhid anaları ilə görüş keçirilib. Bu barədə ShimalNews 4 mart tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Qaradağlı, Dədəli, Köhnə Xudat, Ləcət, Nağıoba, Susayqışlaq, Ağyazı, Canaxır, Qadaşoba kənd kitabxana filiallarının əməkdaşları Vətən müharibəsi şəhidləri Cəlilov Şöhrət və Ağasıyev Elşənin ailəsini ziyarət ediblər. Əməkdaşlar şəhid analarına hədiyyələr təqdim edərək bayramlarını təbrik ediblər.

Şəhid anaları fəxr ilə şəhid oğlulları barəsində söhbət ediblər. Onlar övladlarının könüllü olaraq cəbhəyə yola düşdüyünü bildirib və döyüşün son anında halallıq aldıqlarını vurğulayıblar.