Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər. Bu barədə ShimalNews 4 mart tarixində muzeyin Instagram səhifəsinə istinadən məlumat verir.

“Vətən üçün oxu” layihəsi çərçivəsində əməkdaşlar Vətən müharibəsi şəhidi Rəşidov İlhamın övladları ilə görüşüblər. Onlar uşaqlara elmi və bədii kitablar hədiyyə ediblər.

Rəşidov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.