“Şahdağ” Quba idman klubunda boks üzrə rayon turniri keçirilib. Bu barədə ShimalNews 4 mart tarixində Quba Gənclər İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

“5 mart Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş turnir yeniyetmə və gənc idmançılar arasında baş tutub. Yarışda 32-57 kq çəki dərəcələrində 30-a yaxın idmançı iştirak edib. Qaliblər idarə tərəfindən diplom və medallarla təltif ediliblər.